Essyen “Sabah”ın qonağı oldu

Qanalı keçmiş futbolçu Maykl Essyen “Sabah”ın akademiyasının qonağı olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, məşhur futbolçu U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçulara sürpriz edib.

Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.

Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın iki futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button