Essyen: “Rahid Əmirquliyevlə oynamaqdan həzz alırdım”

“Səninlə oynamaqdan həzz alırdım”.

Komanda.az xəbər verir ki, bunu qanalı keçmiş futbolçu Maykl Essyen karyerasını başa vuran Rahid Əmirquliyev haqqında “Səbail” klubunun mətbuat xidmətinə açıqlamasında deyib.

41 yaşlı keçmiş yarımmüdafiəçi “dənizçilər”dəki komanda yoldaşına müraciət edib:

“Salam, Rahid. Karyeranı bitirməyin barədə məlumat aldım. Sənə uğurlar arzulamaq üçün kiçik bir video hazırladım. Hər şeyin ən yaxşısını arzu edirəm. Görüşənədək”.

Maykl Essyen 2019-cu ilin martından iyununadək “Səbail”in heyətində çıxış edib. Rahid Əmirquliyev 2018-ci ildən Bakı təmsilçisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button