Essyen 9 ildən sonra “Stemford Bric”ə qayıdır
“Səbail”in futbolçusu Maykl Essyen İngiltərədən dəvət alıb.
Komanda.az xəbər verir ki, qanalı yarımmüdafiəçi keçmiş komandası “Çelsi”nin stadionu “Stemford Bric”ə 9 ildən sonra yenidən qayıdacaq. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Essyen “Stemford Bric”də UNİCEF-ə dəstək xarakterli görüşdə iştirak edəcək. Dünya yığması ilə İngiltərənin əfsanələri arasında keçiriləcək oyun iyunun 16-da olacaq. Görüşdə Essyenlə yanaşı, Didye Droqba, Co Koul, Frenk Lempard, Rikardo Karvalyo kimi futbolçular da iştirak edəcək.
“Çelsi”nin rəsmi saytına açıqlama verən Essyen, yenidən “Stemford Bric”ə qayıdacağı üçün xoşbəxt olduğunu deyib:
“Stemford Bric”də yenidən böyük kütlə qarşısına çıxacağım üçün sevinirəm. Oranı öz evim kimi hiss edirəm. Dünya yığması Didye Droqba və Rikardo Karvalyo ilə daha güclü görünür. UNİCEF üçün oynamaq və dünyanın hər bir yanında əziyyət çəkən uşaqlara dəstək olmaq ayrıcalıqdır”.
Maykl Essyen bir müddət əvvəl Afrikadan da dəvət almışdı. Qanalı yarımmüdafiəçi mayın 18-də Afrikanın yığmasının heyətində Nigeriya millisinin keçmiş futbolçularına qarşı keçiriləcək görüşdə iştirak edəcək.
Bizi Facebook-da izləyin