“Espanyol”un futbolçusu rəsmən “Bavariya”da
Almaniya çempionu “Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa nəhəngi İspaniyanın “Espanyol” klubunun yarımmüdafiəçisi Mark Rokanı transfer edib.
Bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Roka 2025-ci ilin yayına qədər Münhen təmsilçisində çıxış edəcək.
“Bavariya” bu transfer üçün bonuslar nəzərə alınmadan 15 milyon avro ödəyib. Roka yeni komandasında “22” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Roka “Espanyol”da keçirdiyi 121 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin