
Argentina millisinin sabiq üzvü MLS klubunda
“Espanyol”un futbolçusu Pablo Piatti karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu “Toronto” klubuna keçib. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Piatti mövsümün sonuna qədər “Toronto”nun şərəfini qoruyacaq. Hücumçu yeni komandasında 7 nömrəli formada mübarizə aparacaq.
Karyerası ərzində “Estudiantes”, “Valensiya” və “Espanyol”un şərəfini qoruyan Piatti, bir dəfə də Argentina yığmasının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin