“Espanyol”dan Super Liqa klubuna

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Espanyol” klubunun braziliyalı müdafiəçisi Edinaldo Qomes Pereyranı (“Naldo” adı ilə tanınır – red.) transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 32 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Naldo 2017-ci ildən “Espanyol”un uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə La Liqada 18 oyuna çıxıb, 1332 dəqiqə meydanda olub. Təcrübəli futbolçu karyerası ərzində “Krasnodar”, “Sportinq” (Lissabon), “Xetafe”, “Udineze”, “Bolonya”, “Qranada”, “Qremio”, “Kruzeyro” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button