İlk çinli

“Espanyol” klubu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Moskva ÇSKA-sını məğlub edib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən matç “Espanyol”un futbolçusu Vu Ley üçün əlamətdar olub.

Belə ki, qarşılaşmada komandasının ilk topunu vuran hücumçu, avrokuboklar tarixində qol vuran ilk çinli futbolçu olub.

Ley, 2019-cu ilin yanvarında “Espanyol”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button