“Baş məşqçinin fəlsəfəsinə getdikcə daha çox alışırıq” – PSJ-nin futbolçusu
PSJ-nin müdafiəçisi Markinyos komandanın baş məşqçisi Luis Enrike ilə işləmək barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın təkmilləşməyə çalışdığını söyləyib:
“Biz baş məşqçinin fəlsəfəsinə getdikcə daha çox alışırıq. Əslində, bu, yeni mövsümün başlanğıcı deyil, sonuncunun davamıdır. Düşünürəm ki, siz bunu meydanda görə bilərsiz. İndi biz təkmilləşməyə çalışırıq”.
PSJ sentyabrın 18-də Çempionlar Liqasında liqa mərhələsinin 1-ci turu çərçivəsində “Jirona” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin