“Şöhrət Zalı”na daxil olmaq mənim üçün böyük şərəfdir”
“Arsenal”ın və “Çelsi”nin keçmiş futbolçusu Eşli Koul adının İngiltərə Premyer Liqasının “Şöhrət Zalı”na daxil olmasını şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, keçmiş futbolçu inanılmaz azarkeşləri olan bir neçə komandada oynadığını bildirib:
“Premyer Liqanın “Şöhrət Zalı”na daxil olmaqdan qürur duyuram. Karyeranızın sonunda mükafatlandırılmaq təvazökar və çox təsiredicidir.
Karyeram boyunca yalnız əlimdən gələni etməyə və kifayət qədər yaxşı olmağa çalışdım. Uğurları gündən-günə, oyundan-oyundan qazanırsan. Uşaqlıqda bunu xəyal belə etmirsən, sadəcə futbol sevgisi üçün edirsən.
Mən inanılmaz azarkeşləri olan bir neçə komandada oynamışam. Uşaqlıq klubum olan “Arsenal” və “Çelsi” ilə kuboklar qazanmağım – bunlar həmişə mənimlə qalacaq heyrətamiz xatirələrdir.
Alan Şirer, Tyeri Anri, Didye Droqba və Rio Ferdinandla birlikdə “Şöhrət Zalı”na daxil olmaq mənim üçün böyük şərəfdir”.
Bizi Facebook-da izləyin