Keçmiş futbolçu Buskets haqda: “Əsl ağlayan körpə idi”
“Real”ın və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder “İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets haqda danışıb.
Komanda.az “Ziggo Sport” nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:
“Buskets çox əsəbi oyunçu idi. Həmişə başqalarının ayaqlarına vururdu, amma zərbəni heç vaxt özü ala bilmirdi. Bir zərbə alan kimi ağlamağa başlayırdı. Əsl ağlayan körpə idi. Hər oyunda sözün əsl mənasında onunla döyüşürdüm. Bir dəfə ona dedim: “Yayda İbizada görüşərik, sonra yenidən danışarıq”. Ona qarşı oynamaq çətindir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin