Əsgərova Avropa Həndbol Federasiyasından növbəti təyinat

Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə kişi həndbolçulardan ibarət Avropa Kubokunun “Beşiktaş” (Türkiyə) – “Sesvete” (Xorvatiya) matçında iş başında olacaq.

O, həmin görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Yarışın 3-cü mərhələsinin cavab oyunu dekabrın 3-də İstanbulda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button