Əsgərov: “Hədəfimiz ən azı bir dəst medal qazanmaqdır”

Azərbaycanın qadın güləşçilərininİslam Həmrəyliyi Oyunlarında hədəfi ən azı bir dəst medal qazanmaqdır.

Komanda.az xəbər verir ki, bunu qadın güləşi üzrə yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov Güləş Federasiyasına açqlamasında bildirib.

Mütəxəssis yarışda əsas rəqiblərin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan olacağını söyləyib:

“İslam Həmrəyliyi Oyunlarına hazırlığı başa vururuq. Əvvəlcə fiziki, daha sonra isə taktiki-texniki hazırlıq üzrə məşqlər keçdik. Toplanış Göygöldə baş tutdu. Hədəfimiz ən azı bir dəst medal qazanmaqdır. Bütün güləşçilərimizin medala sahib çıxmasını arzulayıram. İdman sürprizlərlə doludur. Hər şey ola bilər. Favorit sayılmayan idmançı çempion ola və ya iddialı güləşçi medalsız qala bilər. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan komandalar əsas rəqiblərdir. Nigeriya da bir neçə çəkidə yaxşı güləşçilərə sahibdir. Məşqçilər heyəti olaraq milli üzvlərinin maksimal hazırlıq səviyyəsinə çatmaları üçün əlimizdən gələni etmişik”.

İslamiadada güləş yarışları noyabrın 18-dən 21-nə qədər keçiriləcək

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button