Əsgərov Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb
Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda 2-ci Dünya Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 57 kq çəkidə qüvvəsini sınayan idmançı 1/32 final çərçivəsində Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb.
Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
Yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin