
Əsgərova növbəti təyinat
Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis qadın həndbolçuların Avropa Kubokunun 1/8 final mərhələsində Türkiyənin “Armada Praksis Yalıkavaspor” və “Ankara Yenimahalle” klubları arasında keçiriləcək cavab qarşılaşmasında Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.
Yanvarın 20-də Bodrumda baş tutacaq oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin