Əsgərov: “Bu dəfə səhvlərə yol vermədik”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Syasət Əsgərov Millətlər Liqasının 2-ci turunda Monteneqroya səfərdə qalib gəlmələri (1:0) haqda danışıb.

Komanda.az xəbər verir ki, o, hücum futbolu oynadıqları üçün qələbə qazandıqlarını deyib:

“Monteneqro millisi ilə oyunun çətin olacağını bilirdik. DÇ-nin seçmə mərhələsində bu rəqiblə qarşılaşmışdıq. Komanda çox güclü futbolçulardan ibarətdir. Oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən sonadək plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik. Düzdür, rəqibin də qol vurmaq imkanları oldu. Ancaq bu dəfə səhvlərə yol vermədik”.

O, keçirəcəkləri növbəti oyunlara da toxunub:

“Oktyabr ayında bizi daha iki çətin oyun gözləyir. Səfərdə Farer adaları, evdə isə Monteneqro yığması ilə qarşılaşacağıq. Hər iki oyunda da uğur qazanıb qrup liderliyimizi davam etdirmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button