“Əsas sınaq “Aris”lə matçla başlayacaq” – “Araz-Naxçıvan”ın yeni transferi

“Araz-Naxçıvan”ın yeni transferi Hamidu Keyta komandaya kömək etmək istədiyini deyib.

Komanda.az xəbər verir ki, futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib. Fransalı yarımmüdafiəçi Naxçıvan təmsilçisinə keçidi və qarşıdakı oyunla bağlı danışıb:

“Araz-Naxçıvan”a keçdiyimə görə şadam və həvəslə futbol mövsümünün başlamasını gözləyirəm. Komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Bura kömək etmək, qələbələr qazanmaq üçün gəlmişəm. “Araz-Naxçıvan” ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın üçüncü yeri tutması, UEFA Konfrans Liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçular yer alıb”.

O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Aris”ə qarşı keçirəcəkləri oyunlara da toxunub:

“Bizim üçün əsas sınaq “Aris”lə matçla başlayacaq. Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı bir kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün təhlil edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.

“Araz-Naxçıvan”la “Aris” arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button