Keyn: “Əsas məqsəd titullar qazanmaqdır”
“Bayern”in hücumçusu Harri Keyn yeni mövsümdə əsas məqsədini açıqlayıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, əsas məqsədinin komandaya kömək etmək olduğunu bildirib:
“Qol vurmağa və komandaya kömək etməyə davam etmək istəyirəm. Amma əsas məqsəd titullar qazanmaqdır. Biz “Bayern”i titullara doğru yola salmalıyıq. Bu, mənim məqsədimdir, klubun məqsədidir. Bu asan olmayacaq, amma bizim əla baş məşqçimiz var, çoxlu təzə enerjimiz və çox gərgin məşqlərimiz var. Bunu matçlarda da görəcəksiz”.
Keyn 2023/24 mövsümündə Almaniya çempionatında 32 matçda 36 qol vuraraq Bundesliqanın bombardiri olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin