“Əsas məqsədimiz Avropa Liqasını qazanmaqdır”

“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt “Real Sosyedad”la Avropa Liqasının 1/8 final matçı öncəsi klubun bu mövsüm üçün hədəfini açıqlayıb.

Komanda.az xəbər ki, niderlandlı futbolçu mətbuat konfransında əsas məqsədlərinin Avrop Liqasını qazanmaq olduğunu söyləyib:

“Bizim əsas məqsədimiz budur – Avropa Liqasını qazanmaq və növbəti mövsüm UEFA Çempionlar Liqasına düşmək. Oyunda qalib gəlmək üçün hər şeyi ortaya qoymalıyıq və ümid edirəm ki, yaxşı nəticə qazanacağıq”.

2029-cu ilin yayına qədər “qırmızı şeytalar”la müqaviləsi olan De Liqt bu Avropa Liqasında 6 oyunda iştirak edib. Onun İngiltərə Premyer Liqasında da 25 oyunu var və o, burada 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button