“Əsas, istənilən nömrə altında dünyanın ən yaxşı klubunda oynamaqdır”

“Real”ın hücumçusu Qonsalo Qarsiya forma nömrəsi seçimi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, o, agenti ilə bu haqda danışdığını söyləyib:

“Agentim mənə mövcud variantlardan danışdı, lakin mənim prioritetim əsas komanda ilə müqavilə imzalamaq idi. Nömrə ikinci dərəcəlidir. Əsas, istənilən nömrə altında dünyanın ən yaxşı klubunda oynamaqdır”.

21 yaşlı forvard bu mövsümdə İspaniya çempionatında 3 matçda iştirak edib və qol vurmayıb. Hazırda 16 nömrəli formanı daşıyan futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button