
Vinisius 1 milyard avro maaş təklifi alıb?
“Real”ın hücumçusu Vinisius Junior üçün Səudiyyə Ərəbistanı klublarından beş mövsüm üçün 1 milyard avro maaşla müqavilə təklifi yoxdur.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, lakin Madrid klubu braziliyalı futbolçu ilə müqaviləni nə qədər uzun müddət yeniləməsə, oyunçuya digər komandalardan bir o qədər çox təklif olacaq. Səudiyyə Ərəbistanı klubları da Vinisiusla müqavilə bağlamağa maraq göstərə bilər.
Daha əvvəl Vinisiusun klubla yeni müqavilə haqda danışıqların dayandırıldığı xəbəri yayılıb. Onun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



