Ərəblər “Mançester Siti”nin qapıçısını almaqdan vaz keçib
“Mançester Siti”nin braziliyalı qapıçısı Ederson “Əl-İttihad”a keçməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Malyorka”da çıxış edən Predraq Raykoviçin transferini rəsmiləşdirməyə hazırlaşır. “Əl-İttihad” bu qapıçının transferi üçün təxminən 11 milyon avro ödəyəcək. Bu səbəbdən, Edersonun transferi baş tutmayacaq.
Ederson 2017-ci ildən İngiltərə klubunda çıxış edir. O, bütün turnirlərdə 332 oyun keçirib, 155 matçda qapısını toxunulmaz saxlayıb.
30 yaşlı qolkiperin “Mançester Siti” ilə müqaviləsi 2026-cı ildə başa çatır və onun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin