
Ərəblər Messi ilə danışıqlara başlayıb
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Lionel Messi ilə danışıqlara başlayıb.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, ərəblər argentinalı hücumçunu “İnter Mayami” ilə müqaviləsinin müddəti bitdikdən sonra heyətə cəlb etmək niyyətindədir.
“Əl-Əhli” rəhbərliyi argentinalını bir neçə həftədir ki, razı salmağa çalışır. Tərəflər arasında maliyyə məsələsi ilə bağlı detallar açıqlanmayıb.
Messinin Amerika klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



