Linqard tezliklə qərarını verəcək
“Əl-İttifaq” “Manaçester Yunayted”in keçmiş yarımmüdafiəçisi Cessi Linqarda 2024-cü il üçün nəzərdə tutulan müqavilə təklif etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 2024-cü ilin yanvarına kimi heyət tamamlandığı üçün belə bir müqavilə təklif etmək istəyir. Linqard son qərarını tezliklə verəcək.
30 yaşlı ingilis futbolçu ötən mövsümü “Nottingem Forest”də keçirib. O, komandanın heyətində 20 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin