
Səudiyyə Ərəbistanından 2 klub Vardi üçün təklif göndərib
“Lester”in hücumçusu Ceymi Vardi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, “Əl-Şabab” və “Əl-Qadisiya” ingilis forvard üçün təklif göndərib.
Vardinin “Lester”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin