Ermənistanda “qızıl” qazanmış türkiyəli idmançıların Bakıya gələcəkləri vaxt məlum olub

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında uğur qazanan Türkiyə idmançılarının Bakıya səfər edəcəkləri tarix müəyyənləşib.

Gənclər və İdman Nazirliyindən Komanda.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizə dəvət olunan idmançılar sabah Bakıya gələcəklər. Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir.

Səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button