Ermənilər “Roma”nın futbolçusunu seçdilər

Ermənistanda 2020-ci ilin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, İtaliyanın “Roma” klubunda çıxış edən Henrix Mxitaryandır. Bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mxitaryan 133 xalla ölkəsində ən ilin yaxşısı olub. O, bu mükafatı 10-cu dəfə qazanıb.

31 yaşlı futbolçu bu mövsüm İtaliya A Seriyasında 19 oyunda 8 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Ermənistan yığmasında 80 oyuna çıxan Mxitaryan 30 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button