“Ermənistan üzərində qələbə xalqımıza hədiyyə olsun” – Alkaya
Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Evren Alkaya Avropa çempionatının C divizionunun ilk matçında Ermənistan üzərində qazanılan qələbəni şərh edib.
Komanda.az xəbər verir ki, türkiyəli mütəxəssis Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Görüşə yüksək səviyyədə hazırlaşmışdıq. Rəqibin hücumlarının qarşısını almağa çalışırdıq. Müdafiədə aqressiv oynadıq, rəqibə rahat oynamağa imkan vermədik. Hücumlarımızı məntiqi sonluqla başa vurmağı bacardıq. Ümid edirəm ki, nəticələrimiz uğurlu olacaq və çempionluq sevinci yaşayacağıq. Bu matçda qələbəyə inandıq və bunu bacardıq. Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun”.
Qeyd edək ki, U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.
Bizi Facebook-da izləyin