Ermənistan – Albaniya oyunu ləğv olundu
Futbol üzrə Ermənistan və Albaniya milli komandaları arasında oktyabrın 7-də İrəvanda keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bölgədəki vəziyyəti nəzərə alan UEFA qarşılaşmanı ləğv edib. Həmçinin bildirilib ki, qitə futbol qurumu ermənilərin Millətlər Liqasının 3-cü turunda Gürcüstanla oynayacağı ev matçı barədə yaxın günlərdə qərar qəbul edəcək. Görüşün neytral meydanda gerçəkləşəcəyi istisna olunmur.
Qeyd edək ki, Ermənistan – Gürcüstan oyunu oktyabrın 11-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin