Erməniyə qalib gəldi, yarımfinala yüksəldi
Azərbaycanın üç yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, Sənan Süleymanov (77 kq) 1/8 finalda İlye Kojokariyə (Rumıniya) qalib gəlib. Onun növbəti rəqibi Malkhas Amoyan (Ermənistan) olacaq.
İslam Abbasov (87 kq) 1/8 finalda Matey Mandiçi (Xorvatiya) məğlub edərək, Zurab Datunaşviliyə (Serbiya) rəqib olub.
Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsindən Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda David Ovasapyanla (Ermənistan) qarşılaşıb və qələbə qazanıb. Kandelaki ilk hissədə erməni rəqibindən 5 xal alıb. Görüşün başa çatmasına 1 dəqiqə 25 saniyə qalmış başından zədə alan Ovasapyan mübarizəni davam etdirə bilməyib. Yekunda 5:1 hesablı qələbə qazanan Kandelaki yarımfinala yüksəlib.
Bizi Facebook-da izləyin