Erməniyə nə təklif etdiyi bilindi – “İnter”in
“İnter” “Roma” ilə müqaviləsi mövsümünün sonunda başa çatan erməni futbolçu Henrix Mxitaryanla anlaşmaq üzrədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan klubu 33 yaşlı futbolçuya mövsümdə 3,5 milyon avro maaşla iki illik müqavilə təklif edib.
Daha əvvəl bildirilmişdi ki, “Roma” da Mxitaryanı saxlamaqda maraqlıdır və ona illik 3 milyon avro maaşla 1+1 şərti ilə müqavilə təklif edib.
Mxitaryan ötən mövsüm bütün turnirlərdə 44 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin