Ermənistan Futbol Federasiyasının sabiq prezidenti barədə araşdırma başladıldı
Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan və oğlu ilə bağlı araşdırma başladılıb.
Komanda.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Onlar özbaşınalıq, qəsdən və qanunsuz azadlıqdan məhrum etmə, qəsb və insan sağlamlığına zərər vurmaqda ittiham olunurlar. 2015-ci ildə bir nəfər restoran biznesini genişləndirmək üçün Ayrapetyana məxsus bankdan 120 min dollar məbləğində kredit götürüb. Vətəndaş pulun bir hissəsini restoranın işini yaxşılaşdırmağa xərcləyib, pulun digər hissəsini isə restoran sahiblərinin xəbəri olmadan öz taksi xidmətini açmaq üçün istifadə edib.
Bundan başqa, keçmiş federasiya rəhbərinin oğlu Rafiq Ayrapetyan bir neçə şəxslə bərabər ölkədəki kotteclərdən birində vətəndaşı döyərək, zorakılıq tətbiq edib və alçaldıb. Bir müddət sonra zərərçəkmiş şəxs Ayrapetyanın evinə gətirilib və ondan 120 min ABŞ dolları tələb olunub. Məbləği qaytara bilməyən vətəndaş maşın və qiymətli əşyalarla birlikdə 40 min ABŞ dolları ödəyə bilib. Ayrapetyan daha sonra həmin şəxsin mənzilini də əlindən alıb.
Hazırda ata və oğul barədə həbs qətimkan tədbiri seçilib, onlar və qrup üzvləri axtarışdadır.
Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasına rəhbərlik edib.
Bizi Facebook-da izləyin