Ermənistanın ən titullu klubu stadionsuz qalıb

Ermənistan çempionatında birinci yerdə olan “Pünik” klubu turnirdən çıxa bilər.

Komanda.az “Novostnik”-ə istinadən xəbər verir ki, Ermənistanın ən titullu klubu stadionsuz qalıb və çox güman, cari çempionatın vahid lideri yarışdan çəkilmək məcburiyyətində qalacaq.

Ermənistan Futbol Federasiyasının rəhbərliyinin qərarına əsasən, 2023-cü il sentyabrın 8-dən etibarən Abovyan şəhərindəki stadiondan istifadəyə dair federasiya ilə “Pünik” arasındakı müqavilə birtərəfli qaydada ləğv edilib. Həmçinin, federasiya “Pünik”ə ehtiyat meydançanı verməkdən də imtina edir.

“Pünik”in mətbuat xidməti Ermənistan millisinin vacib oyunları ərəfəsində bu vəziyyəti şərh etmək istəmədiklərini bildirib. Amma onlar sentyabrın 12-dən sonra mütləq bəyanat verəcəklərini deyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button