Ermənistanda oynayan hücumçu Azərbaycanla oyuna dəvət aldı
Futbol üzrə Moldava yığmasının iyunun əvvəlində Türkiyə və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Roberto Bordin 30 futbolçuya dəvət göndərib.
Onların arasında “Keşlə”nin qapıçısı Stanislav Namaşko da var. “Neftçi”nin sabiq baş məşqçisi Ermənistanın “Ararat Armeniya” klubunun futbolçusu Dan Spetaruya da dəvət göndərib.
Qeyd edək ki, Moldova yığması iyunun 3-də Türkiyə, iyunun 6-da isə Azərbaycan millisi ilə üz-üzə gələcək. Sözügedən komanda türklərlə səfərdə qarşılaşacaqsa, Azərbaycanla oyun Kişinyovda təşkil olunacaq.
Qapıçılar: Stanislav Namaşko (“Keşlə”, Azərbaycan), Dmitri Çelyadnik (“Şerif”), Nikolay Çebotar (“Petrolul”, Rumıniya), Kristian Avram (“Petrokub”);
Müdafiəçilər: İqor Armaş (“Voluntari”, Rumıniya), Oleq Ryabçuk (“Olimpiakos”, Yunanıstan), Vyaçeslav Posmal, Aleksandr Belousov (hər ikisi “Şerif”), Daniel Dumbravanu (“Cenoa” U-19, İtaliya), İqor Arxiriy, Vadim Boloxan (hər ikisi “Milsami”), İon Jardan, Maksim Potırnike, Sergey Platika (hamısı “Petrokub”);
Yarımmüdafiəçilər: Artur İonitsa (“Benevento”, İtaliya), Vadim Ratse (“Kindiya”, Rumıniya), Kristian Dros (“Spartak”, Latviya), İqor Kostrov (“Qomel”, Belarus), Mixail Kaymakov (“Koper”, Sloveniya), Yevgeni Oança (OİK, Xabarovsk, Rusiya), George Anton (“Qloriya”, Buzeu, Rumıniya), Andrey Kojokar, Viktor Boqaçuk (hər ikisi “Petrocub”), Kornel Kotoqoy (“Daçiya-Buyukan”);
Hücumçular: İon Nikolaesku (“Dunayska Streda”, Slovakiya), Vitali Damașkan (“Valveyk”, Niderland), Nikolay Milinçanu (“Yanina”, Yunanıstan), Lado Axalaya (“İnter”, U-19, İtaliya), Marius Yosipoy (“Veles”, Rusiya), Aleksandr Antonyuk (“Milsami”), Dan Spetaru (“Ararat-Armeniya”, Ermənistan).
Bizi Facebook-da izləyin