La Liqa klubunda erməni futbolçu
Ermənistan milli komandasının və “Astana” klubunun müdafiəçisi Varazdat Haroyan karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu “Kadis”ə keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Haroyanla müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“Kadis” La Liqada mövsümü 12-ci sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin