
Ermənistan – Gürcüstan matçının da yeri dəyişdirildi
Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilməli olan Ermənistan – Gürcüstan oyununun yeri dəyişdirilib.
Komanda.az xəbər verir ki, oktyabrın 11-də keçiriləcək qarşılaşma bölgədəki vəziyyətlə bağlı Polşada oynanılacaq.
Ermənilər 3 gün sonra isə Estoniyanın qonağı olacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasının 4-cü turunda Azərbaycan və Kipr yığmaları arasındakı matç da Albaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin