Ermənistan futbolu başsız qaldı

Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanezyan istefa verib.

Komanda.az xəbər verir ki, o, ölkənin milli komandasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə postundan gedib.

O, istefasını belə izah edib: “Kimsə bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməli idi. İstefa verdim və İcraiyyə Komitəsi də bunu qəbul etdi”.

Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, general-mayor olan Vanezyan federasiyaya 2018-ci ilin sentyabr ayından prezidentlik edirdi.

Yeni prezidentin seçkisi dekabrın 23-nə nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button