Erməninin əvəzinə alman

“Roma” PSV-nin yarımmüdafiəçisi Mario Getseni transfer etməyi düşünür.

Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, romalıların rəhbərliyi yaxın vaxtlarda azad agent kimi “İnter”ə keçə biləcək erməni yarımmüdafiəçi Henrix Mxitaryanın yerinə 30 yaşlı alman futbolçunu almaq variantını nəzərdən keçirir.

Getsenin PSV ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədər qüvvədədir. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button