
Ermənilər yenə təxriabata əl atdılar – AFFA UEFA-ya şikayət edəcək
Ermənilər AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Xorvatiya ilə ev oyununda təxribata əl atıblar.
Komanda.az xəbər verir ki, onlar bu dəfə dronla qondarma rejimin “bayrağı”nı qaldırıblar.
Bu qəbuledilməz hadisə ilə bağlı AFFA UEFA-ya müraciət edəcək. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Ermənistan – Xorvatiya oyunu qonaqların 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin