Ermənistan vətəndaşlığından imtina edir – Rəcəbovun məğlub etdiyi şahmatçı

Erməni şahmatçı Levon Aronyan Ermənistan vətəndaşlığından imtina etmək istəyir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Aronyan ABŞ vətəndaşlığını qəbul edib, sözügedən ölkənin bayrağı altında çıxış etməyə hazırlaşır. Buna səbəb Levon Aronyanın Ermənistanın baş naziri Nikol Paşinyandan inciməsi göstərilir.

Nikol Paşinyan hökumətin başına keçdikdən bir müddət sonra Levonla görüş keçirib və ona ən müasir standartlara cavab verən kompyuter və şəxsi məşqçinin saxlanılması üçün vəsait ayıracağına söz verib. Lakin nazir verdiyi sözləri tutmayıb.

Teymur Rəcəbov ötən ay “Airthings Masters” turnirinin finalında Levon Aronyaya qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button