Erməni hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək

Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, Həsənov 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki Qazaxıstan – Monteneqro matçında baş hakim olacaq.

FİFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək, dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor isə ermənistanlı Gevorq Hovhannisyan olacaq.

Qarşılaşma sentyabrın 3-də gerçəkləşəcək.

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev isə Şimali Makedoniya və İspaniyanın U-21 komandalarının matçında iş başında olacaq. Həmin oyun da eyni gündə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button