Erməni baş məşqçi ilə futbolçu arasında dava olub

“Monpelye”nin erməni baş məşqçisi Mişel Ter-Zakaryan komandanın futbolçusu Mamadu Sako ilə dava edib.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Hadisə oktyabrın 24-də, axşam məşqindən sonra klubun paltardəyişmə otağında baş verib. 33 yaşlı müdafiəçi məşqçisinin iradından narazı qalıb.

Ter-Zakaryan hadisə ilə bağlı açıqlama verməyib.

Bu mövsüm Sako komandanın cəmi bir oyununda iştirak edib. Fransalı futbolçu “Monpelye” ilə yanaşı, PSJ, “Liverpul” və “Kristal Pelas” komandalarında da çıxışı ilə tanınır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button