
Ermənilərin baş məşqçisi 1:9 hesablı məğlubiyyətdən danışdı
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Ermənistan yığması səfərdə Portuqaliya qarşısında ağır məğlubiyyətə uğrayıb – 1:9.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Yeqişe Melikyan bu nəticəyə münasibət bildirib:
“Komandam psixoloji baxımdan çətinlik yaşadı. Elə səhvlər etdik ki, bu, oyunçuların psixologiyasına təsir göstərdi. Rəqibin ikinci və üçüncü qolları zamanı futbolçularımız lazım olmayan anlaşılmaz səhvlərə yol verdilər”.
Portuqaliya millisi bu qələbə sayəsində mundiala birbaşa vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



