Erməni “Neftçi”nin Avroliqa matçına təyinat aldı

“Neftçi”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubuna qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.

UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

İyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Speranta” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Məlumat üçün bildirək ki, Tim Marşal iyunun 6-da 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Lixtenşteyn – Azərbaycan (1:0) oyununu idarə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button