“Hücumda da oynaya bilərəm” – Erməni futbolçu
“İnter”in futbolçusu Henrix Mxitaryan İtaliya A Seriyasının birinci turunun “Montsa” ilə oyununu (2:0) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, güclü olduqlarını vurğulayıb:
“Həmişə yarımmüdafiəçi mövqeyində oynamışam. Məşqçinin qərarına görə hücumda da oynaya bilərəm. Yenidən Çempionlar Liqasının finalında oynamağı arzu edirik. Güclü komandayıq. Bunu meydançada sübut edəcəyik. Hakan Çalhanoğlu, Nikolo Barella, Davide Frattesi ilə birgə çox yaxşı yarımmüdafiə xəttinə sahibik. Hamı start heyətində oynamağa layiqdir. Baş məşqçimiz bir gün mütləq bütün futbolçulara şans verəcək”.
“İnter” növbəti turda “Kalyari”nin qonağı olacaq, “Montsa” isə evdə “Empoli” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin