“Erkən qollar ruh düşkünlüyü yaratdı” – Füzuli Məmmədov

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:6 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Xalqımızı bugünkü qələbə münasibətilə təbrik edirəm. Əsgərlərimiz var olsun. Oyuna gəldikdə, danışmağa çox şey yoxdur, məğlub olduq. Danışılası söz yoxdur.
  • Bu məğlubiyyətin səbəbi nədir, sistemli böhran, yoxsa necə?
  • Sistemli böhran deyil. Oyuna ciddi hazırlaşmışdıq, sadəcə, qollar tez olduğu üçün komandada ruh düşkünlüyü yarandı.
  • Komandada dəyişiklik lazımdır. Qarşıda 15 gün vaxt var. Hansısa dəyişiklik haqda düşünürsüz?
  • Oyunu təhlil etdikdən sonra qərar verəcəyik.
  • Bu oyunun nəticəsi çempionluq yarışından qopmaq olacaq?
  • Düşünmürəm ki, yarışdan qopduq. Ancaq məğlubiyyət ağırdır, bu situasiyadan çıxmaq lazımdır.
  • Erkən dəyişikliklə nə etmək istəyirdiz?
  • Hücumu gücləndirmək istəyirdik. Düşünürdük ki, heç olmasa ilk hissədə bir qol vuraq.
  • Ötən oyundan sonra komandanın inkişafından danışırdız. Bu məğlubiyyət bu inkişafı saxlayacaqmı?
  • Futbolda belə şeylər olur. Hesabın belə böyük olmasının səbəbi əvvəldə buraxdığımız iki qoldur. Mən özüm də futbol oynamışam, bilirəm. Erkən qollar komandaya pis təsir etdi. Futbolçular sanki dayanmış kimi oldu. Nə qədər çalışdıq ki, komanda hücum etsin, amma əksi oldu.
  • Avroliqa oyunlarıbda “Qarabağ” 3 oyuna 1 qol vurub. Amma çempionatda 2 oyuna 12 qol vurub. Bu, çempionatın zəifliyi ilə bağlıdırmı?
  • Xeyr, düşünmürəm. “Qarabağ”ın gücünə pərdə salmaq istəmirəm. Ancaq yenə də deyirəm, buraxılan erkən qollar komandaya pis təsir etdi.
  • Azarkeşlər sosial şəbəkələrdə istefanızı istəyir. Belə bir şey düşünmürsüz?
  • Bu barədə bir şey deyə bilmirəm. Rəhbərliklə danışdıqdan sonra qərar veriləcək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button