“Erkən qol buraxdıq, şok yaşadıq” – Samir Abasov

“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunda “Şamaxı”nın qonağı olub.

Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abasov zaman-zaman komandasının formaya düşəcəyini bildirib:

“Rəqibi təbrik edirəm. Ayxan Abbasov yaxşı komanda qurub qısa müddətdə. Oyuna gəldikdə, erkən qol buraxdıq, şok yaşadıq. İkinci hissədə isə rəqib qapandı, qol vurmağımız çətin oldu. Çempionatın əvvəlidir, oyunçularla bağlı problemlərimiz var. Bunlar bəhanə olmamalıdır. Gələcək oyunlara baxacağıq. Zaman-zaman uşaqlar formaya düşəcək.

Bu son deyil, çempionatın əvvəlidir. Ümidliyik. Keçən il də belə hadisələrlə qarşılaşmışdıq. Zamanla komanda formaya düşəcək. Bu stuasiyadan çıxış yolu dava-dalaş deyil. Səbrli olmalıyıq”.

“Sumqayıt” növbəti turda evdə “Zirə”ni qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button