“İngiltərə millisi üçün açıq-aşkar iki namizəd Klopp və Qvardioladır” – Eriksson
İngiltərə yığmasının sabiq çalışdırıcısı Sven-Yoran Eriksson milliyə yeni baş məşqçi axtarışı haqda danışıb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, ən yaxşı məşqçi olaraq iki mütəxəssisin adını çəkib:
“İngilis və ya əcnəbi – məncə, bunun çox vacib olması lazım deyil. Sadəcə olaraq, yaxşı gələcəyi olan bir baş məşqçi və ya perspektivli mütəxəssis tapmaq lazımdır. Yüksək hədəfə getmək istəyirsizsə, açıq-aşkar iki namizəd Yurgen Klopp və Pep Qvardioladır. Onlar ingilis futbolunu, oyunçularını, mədəniyyətini bilirlər. Onların bu işə maraq göstərmələri üçün ən kiçik bir şans olsaydı, İngiltərə milli komandası bunu etməli idi. Söhbət dünyanın ən yaxşı iki məşqçisindən gedir. Lakin Klopp fasilə verdi və Qvardiolanın “Mançester Siti”dən ayrılmağı düşünüb-düşünmədiyindən əmin deyiləm”.
Eriksson 2001-ci ildə İngiltərə milli komandasının tarixində ilk əcnəbi baş məşqçi olub. İsveçli mütəxəssis 2024-cü ilin əvvəlində sağalmaz xəstəliyi olduğunu açıqlayıb.
Bizi Facebook-da izləyin