“Eriksendən üzr istəyirəm, amma…” – Mourinyo

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Olimpiakos”a 4:2 hesabıyla qalib gələn “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, qələbəni belə şərh edib:

“Fasilədə futbolçularla danışdıq. Onların tənqidə deyil, sevgiyə ehtiyacı olduğunu hiss etdim. Onlara bu sevgini göstərməli idim. Bir az da taktiki detallardan danışdıq. İkinci hissədə yaxşı oyun göstərdik. Möhtəşəm geridönüş etdik və qələbə qazandıq. Ümid edirəm ki, bu qələbə bizim inamımızı artırar. Buna ehtiyacımız var.

Mənim üçün ən çətin an Kristian Erikseni oyundan çıxarmaq oldu. Dele Alliyə ehtiyacımızın olduğunu hiss etdim və onu meydana buraxdım. Eriksendən üzr istəyirəm, amma bunu komanda üçün, ona zərər verməmək üçün etdiyimizi bilir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button