“Kaş ki, gələcək karyerama “football manager”dəki kimi qərar verə bilsəm”
Yay transfer pəncərəsi dövründə adı bir neçə klubla yanaşı çəkilən “Tottenhem”in futbolçusu Kristian Eriksen açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, danimarkalı futbolçu, London klubundakı karyerası ilə bağlı bunları deyib:
“Bilirəm ki, bir çox insan hansı klubda oynayacağımla maraqlanır. Bunu çox yaxşı başa düşürəm. Mənim üçün beynimi bu məsələlərdən təmizləmək çətin deyil. Yazılanları çox oxumuram. Uzun müddətdir bu klubda çıxış edirəm, hər il belə şayiələr olur. Müqaviləmin müddəti başa çatacağı üçün bu il belə hallar daha çox oldu. Kaş ki, gələcək karyerama “football manager”dəki kimi qərar verə bilsəm, amma təəssüf ki, bunu edə bilmirəm”.
Eriksenin “Real”a transfer olunacağı deyilirdi. 27 yaşlı futbolçu 2013-cü ildən “Tottenhem”in formasını geyinir.
Bizi Facebook-da izləyin