“İnter” Eriksenə görə 3 milyon avro qazandı
“İnter” klubu danimarkalı yarımmüdafiəçi Kristian Eriksenin AÇ-2020-də ürək tutmasına görə UEFA-dan maddi təzminat alıb.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, təzminatın məbləği 3 milyon avro təşkil edib. Həmin vaxt “İnter”də çıxış edən Eriksenin UEFA-nın himayəsində olan matçda ürəyi dayandığı üçün Avropa futbol qurumu bu məbləği ödəməli olub.
Hazırda “Mançester Yunayted”də forma geyinən Eriksenin 2021-ci ildə, AÇ-2020-də Danimarka millisinin heyətində oynayarkən ürəyi tutmuşdu. Bundan sonra futbolçuya defibrilator quraşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin